Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 10:16:00
BMU-nun Həmkarlar İttifaqı Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Bakı Mühəndislik Universitetinin (BMU) Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat vəsait köçürüb.

 

AzEdu.az xəbər verir ki, ötən gün isə BMU Elmi Şurasının qərarına uyğun olaraq universitet tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat ianə edilib.

 

Hazırda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda Azərbaycan Ordusunun qazandığı uğurlar xalqımızda böyük ruh yüksəkliyi yaradıb.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoyulacağı, daha böyük zəfərə imza atılacağı gün uzaqda deyil.

 

Ölkəmizin bu haqq işi uğrunda mübarizəyə könüllü şəkildə öz töhfələrini vermək üçün müxtəlif qurumlar, şirkətlər, hüquqi və fiziki şəxslər, bütövlükdə ölkə ictimaiyyəti orduya hərtərəfli dəstək göstərir, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər köçürürlər. Hamı bir nəfər kimi bu vacib günlərdə ölkəmizin müdafiəsi, vətəndaşlarımızın təhlükəsizliyi naminə mübarizədə Ordumuzun yanında olduğunu vurğulayır və müqəddəs məqsəd üçün bütün imkanlarını səfərbər etməyi vacib hesab edir.