Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-01 17:59:00
Siyasi naxələflər – Professor Şahlar Əsgərovdan mövqe

 

 

Bu günlərdə müşahidə olunan xalq həmrəyliyi qürurvericidir.

 

Hər kəs bir nəfərə kimi dövlət başçımıza, ordumuza öz dəstəyini ifadə edir.

 Belə bir tarixi həlledici mərhələdə Azərbaycanda 50 siyasi partiya Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını bir daha bəyan etdilər. Təəssüflər olsun ki, bəzi müxalif qüvvələr hər kəsin bir olduğu bu dövrdə dəstək verməkdən imtina etdilər.

 

Mövzu ilə bağlı fikrini aldığımız  Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov da təəssüflə bildirir ki,  müasir Azərbaycan tarixində biz dünyanın müxtəlif  xalqlarının fərqli tarixi mərhələlərdə yaşadıqları acı siyasi təcrübənin ən neqativ təzahürlərinin şahidi oluruq. Onun sözlərinə görə, normalda siyasi partiyalar bu cür hallarda öz siyasi elektoratlarını genişləndirmək və xalqın içində dayaqlarını möhkəmləndirmək üçün ölkə rəhbərinin siyasətini birmənalı dəstəkləyirlər. Lakin, Müsavat və AXCP-ni daxildə deyil, xaricdə dəstəyin genişləndirilməsi daha çox maraqlandırır:

 

 

“Artıq qeyd etdiyimiz kimi tarixdə bu halın analoqu yoxdur! Bu partiyalar müxalifət anlayışını dəyərdən salır, müxalifət sözünü düşmən ifadəsi ilə eyniləşdirir və öz davranışları ilə sözlə izah edilməsi çətin olan çirkin bir vəziyyət yaradırlar: Bu partiya mənsubları etnik, milli, dini kimliyi olmayan, sadəcə mövcud olan məxluqlardır! Vətən müharibəsində Müsavat və AXCP-nin anti-milli mövqedə dayanması, Milli ordumuzu və Ali Baş Komandanı dəstəkləməməsi başqa necə izah edilə bilər? Türkiyənin dörd siyasi partiyasının Azərbaycanla həmrəylik nümayiş etdirməsi fonunda Müsavat və AXCP-nin anti -milli, riyakar və irticaçı mövqeyi hardan qaynaqlanır?”

 

"Bu irticaçı partiyalar Ali Baş Komandan və ordumuzla həmrəylik nümayiş etdirsəydilər cəmiyyətdəki siyasi dəstəklərini itirəcəkdilərmi? Xeyr! Onlar Ali Baş Komandanı və ordumuzu dəstəkləsəydilər cəmiyyətin müxtəlif  təbəqələrində rəğbət qazanacaqdılar, siyasi partiya kimi mövqelərini gücləndirəcəkdilər. Lakin onlara bu lazım deyil! Onlar üçün xarici havadarlarının “afərin” deməsi xalqdan da, millətdən də, ordudan da, torpaqdan da daha üstündür! Bu partiya mənsubları bütün kimliklərini itirmiş və cılızlaşaraq iblisə çevrilmişdilər!", deyə Şahlar Əsgərov vurğulayıb.

 

Şahlar Əsgərov son olaraq qeyd edib ki, əgər indi də onlar Ali Baş Komandanın və ordumuzun yanında ola bilmirsə, geriyə iki seçimləri qalır:

 


“Azərbaycanın torpaqlarını işğaldan azad etməkdən daha müqqəddəs hansı vəzifəsi ola bilər? Əgər indi də onlar Ali Baş Komandanın və ordumuzun yanında ola bilmirsə, geriyə iki seçimləri qalır: Ya Azərbaycanı tərk etmək ya  da diz çöküb xalqdan üzr istəyərək siyasi fəaliyyətdən getmək! Bunun üçün çox az vaxtları qalıb!”