Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 11:48:00
Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə neçə dəfə keçiriləcək? - RƏSMİ

Pandemiya şəraitində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların həftədə neçə dəfə məktəbə gedəcəyi müəyyənləşib.

 

AzEdu.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, məktəbəhazırlıq qrupları pandemiya öncəsi dövrdə məktəbə həftədə 4 dəfə gəlirdilər (ümumi 12 məşğələ): "Hazırki şəraitdə bu, regiondan asılı olaraq, 2 və ya 3 dəfə olacaq".

 

Xatırladaq ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların ümumi sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

 

Məktəbəhazırlıq qrupların məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

 

Qruplarda dərs ili iki yarımilə bölünür:

 

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).(Report.az)