Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 17:23:00
Deputat yüksək bal toplayan abituriyentə hədiyyə verdi - FOTO

Sabunçu rayon Nardaran qəsəbəsində yerləşən 295 №-li məktəbin məzunu Məlikov Nurlan Şirinbala oğlunu qəbul imtahanlarında yüksək nəticə göstərərək 638 bal toplayıb.

 

AzEdu.az xəbər verir ki, bu münasibətlə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Eldar Quliyev yüksək nəticə göstərən Nurlan Məlikovu təbrik edib və ona noutbuk hədiyyə edib.

 

Qeyd edək ki, yüksək bal toplayan məzunla görüşdə deputatın köməkçiləri, məktəbin direktoru Dilarə Cəbrayılova və digər müəllimlər iştirak ediblər.