Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 17:28:00
İctimai Şura üzvləri ilə yeni tədris ilinə dair müzakirə aparılıb

Sentyabrın 11-də nazirlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn görüşdə Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva, Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva da iştirak edib. 

 

Görüşdə xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, eləcə də tədris planları və nümunəvi dərs cədvəlləri barədə geniş fikir mübadiləsi edilib.

 

Görüşdə yeni tədris ilinin təşkilinə dair keçirilmiş ictimai sorğunun nəticələrinin müzakirəsi də aparılıb. Həmçinin nazirlik yanında İctimai Şuranın fəaliyyətinə dair nəzərdə tutulan işlərlə bağlı bir sıra məsələlər müzakirə edilib və təkliflər dinlənilib.