Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 16:53:00
Şagirdlər 1,5 m məsafəni qorumaq meyarına görə qruplara bölünəcək

"Şagirdlər 1,5 m məsafəni qorumaq meyarına görə qruplara bölünəcək".

 

AzEdu.az xəbər verir ki, bunu  Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu nazirliyin facebook canlı yayımında deyib.

 

O, məktəblərdə sinif otaqlarında şagirdlərin pandemiya şəraitində necə dərs keçəcəklərindən söz açıb.

 

"Məktəblərdə sinif otaqları 60 və ya 36 kvadrat metrdir, 60 kvadrat metrlik otaqlarda dərs keçiriləcəksə, partaların 1,5 metr məsafə ilə olmasına uyğun şagird sayı götürüləcək. Nə qədər imkan varsa, sinif o qədər komplektləşdirilib qruplara bölünəcək.

 

Çox şagird sıxlığı olan siniflərdə isə övladının getməsindən ehtiyat edən valideynlər xüsusi iltizam formasını imzalamaqla məktəbə göndərməyə bilərlər. Şagird sıxlığı olan siniflərdə ehtimal var ki, hər valideyn uşağını göndərməyəcək və bu da şagird sıxlığını azaldacaq. Hər partada 1 şagird oturmaqla dərs keçmək mümkün olacaq".

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları