Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 16:20:00
Müəllimlərdən COVİD-19 testindən keçmək tələb olunacaq? – Yalnız bir halda…

 

 

 “Müəllimlərin COVİD-19 testindən keçməsi onlarda hər hansısa simptom aşkarlandıqda tələb ediləcək”

 

AzEdu.az xəbər verir ki, bunu  Nazirlər Kabinetinin “Karantin rejimi” dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib:

 

O, qeyd edib ki, müəllimlərin test verməsi məcburi deyil.

 

“Müəllimlərin səhətində hər hansısa bir simptom aşkarlandıqda onların koronovirus testindən keçməsi tələb olunacaq. Bunlara müəllimlərin  qızdırmasının olması, iybilmə və dadbilmə kimi duyğularının itirilməsi aiddi”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları