Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 13:22:00
MİQ növbəti aylarda yenidən keçirilə bilər – Müəllim işləyənlər  üçün

 

 

Bu il pandemiya səbəbi ilə  müəllimlərin işəqəbul üzrə müsabiqədə bir sıra yeniliklər tətbiq edildi.

 

Bu yeniliklərdən biri də əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlərin bu imtahanlarda iştirak etməyəcəyi ilə bağlı idi.

 

Lakin bu məsələ bir çox müəllimlərin narazılığına səbəb oldu.

 

AzEdu.az Təhsil Nazirliyinin facebook səhifəsinə istinadən xəbər verir ki, sanitar-epidemioloji vəziyyət azalan dinamika ilə getdiyi təqdirdə növbəti aylarda MİQ-in yenidən keçirilmə ehtimalı var.

 

Qeyd edək ki, həmin namizədlərə növbəti aylarda təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək imkanı yaradılacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları