Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 14:00:00
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib. 

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib.

 

Keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36 bal, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 bal müəyyən edilib.