Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 12:45:00
Məktəblərdə KSQ-lərin sayı azaldılacaq

Ümumi təhsil müəssisələrində Kiçik Summativ Qiymətləndirmələrin (KSQ) sayı azaldıla bilər. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. 

 

Onun sözlərinə görə, yeni tədris ilində KSQ-lərin sayının azaldılması nəzərdə tutulur. 

 

Nazirlik rəsmisi KSQ və Böyük Summativ Qiymətləndirmələrin (BSQ) hansı halda onlayn keçirilə bilməsinə də aydınlıq gətirib: “KSQ və BSQ-lər o halda onlayn keçirilə bilər ki, biz ümumilikdə narıncı zonaya keçək və məktəblər bağlansın”.  (apa)