Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 11:48:00
Virtual məktəbdə qeydiyyat müvəqqəti dayandırılır - SƏBƏB

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

 

Qeydiyyat sistemi sentyabrın 14-dən yenidən aktivləşəcək.

 

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.