Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-07 15:45:00
Azərbaycanda məktəblərin azkomplektli formada fəaliyyətinə dair tələblər sərtləşdirilir

İbtidai və ümumi orta təhsil müəssisələrinə dair tələblər sərtləşdirilir.

AzEdu.az-ın məlumatına görə, bu, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər. Dəyişikliyə əsasən, artıq yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

Qanun layihəsi bu gün Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.