Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-12 22:25:00
Məktəblərdə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsi keçirilir

Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsinin keçirilməsinə başlanılıb. Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, tədqiqatın pilot mərhələsində 7-si paytaxt, 18-i region məktəbləri olmaqla, ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.

 Nazirlikdən əlavə edilib ki, 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.