Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 10:11:00
Bağça müəllimləri üçün vəsait istifadəyə veirilir

Çox soruşurdunuz Bəhram bəy 4-5 yaş uşaqlar üçün vəsaitləriniz nə vaxt olacaq? Bağça uşaqlarını nə vaxt sevindirirsiniz?

 

AzEdu.az xəbər verir ki, bu fikirləri “Çinar yayımları”nın direktoru Bəhram Oruclu rəsmi feysbuk hesabındakı paylaşımı zamanı bildirib. Yeni layihədən söz açan B.Oruclu vəsaitin müəllimlərlə yanaşı, valideynlər tərəfindən də seviləcəyini qeyd edib:

 

“Yeni layihəsinə başladığım bu vəsaitlər tezliklə satışa veriləcək. Əminəm ki, digər vəsaitlərimiz kimi bu vəsaitlərimiz də müəllimlər və valideynlər tərəfindən seviləcək.

 

Hər zaman Çinar Yayımları nəşriyyatı olaraq çalışırıq ki, vəsaitlərimizə sevgimizi, ürəyimizi qoyaq. Yəqin ki, bağça müəllimlərimizin, özəl bağçaların hər zaman axtardığı, lakin tapa bilmədiyi vəsaitləri onlara təqdim edəcəyik. Bu arada 3-4 yaş balalarımız üçün də vəsaitlərimiz olacaq.