Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 17:46:00
Emin Əmrullayev: "Şagirdlərin yerdəyişməsi ilə bağlı problem olmayacaq"

Şagirdlərin yerdəyişməsi prosesi ənənəvi qaydada həyata keçiriləcək.  

 

AzEdu,az  xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, valideynin hansısa bölgədən gəlməsi ilə bağlı məsələ Təhsil Nazirliyinə aid deyil: "Şagirdlərin yerdəyişməsi ilə bağlı problem olmayacaq". 

 

Nazir bildirib ki, yeni tədris ilə bağlı bəzi dəyişikliklərin təhsilverənlərin əməkhaqlarına heç bir təsiri olmayacaq.