Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 17:32:00
Əməkdar müəllim: "Onlayn dərslər tamamilə təlim prosesində olan vəziyyəti əvəz edə bilməz"

“Hamını narahat edən bir məsələ var ki, biz onlayn formada lazımi bilikləri uşaqlara verə biləcəyikmi?”

 

AzEdu.az xəbər verir ki,  bunu əməkdar müəllim Ənvər Abbasov deyib. O bildirib ki, bu, cəmiyyəti narahat edən məsələdir:

 

“Təbii ki, onlayn dərslər, məsafədən təhsil çıxış yoludur. Bu, tamamilə təlim prosesində olan vəziyyəti əvəz edə bilməz. Lakin bu, ümumi gigiyenik qaydaları gözləməklə, ən optimal çıxış yolu ola bilər. Məsələn, sinifdə şagirdlərin sayını azaltmaq. 20 nəfərdən yuxarı şagirdin olmaması tövsiyə olunur”. (Apa.az)