Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-02 15:16:00
Koronavirus xəstələrində qoxubilmə hissi niyə itir? - AÇIQLAMA  

ABŞ-dakı Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda qoxubilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.


AzEdu.az oxu.az-a istinadən bildirir ki, elm adamlarının fikrincə, COVID-19 xəstələrində qoxubilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

 

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 qoxubilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

 

Qeyd edək ki, qoxubilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diaqnostikada yüksək temperaturdan da etibarlı əlamət kimi qiymətləndirilir.