Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 12:59:00
Bu ölkədə uşaqların yarısı məktəbə gedə bilmir

UNİCEF-in hesabatına görə, Əfqanıstanda təxmini 4 milyon uşaq məktəbə gedə bilmir.  Qız uşaqlarının isə  60%-i təhsildən kənarda qalır.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Kabildə açıqlanan araşdırmaya əsasən 7-17 yaşlarında olan təxmini 3 milyon 700 min uşaq təhsil hüququndan istifadə edə bilmir. 120 səhifəlik hesabatda  məktəbə gedə bilməyənlər arasında  2 200 000 qız olduğu bildirilib.  Ölkə üzrə qız uşaqlarının 60, Kandahar və Helmand vilayətində isə 85%-i məktəbə gedə bilmir. Hesabat zamanı həmçinin mühafizəkar ailələrin qızlarını qadın müəllim olmayan məktəbdə oxutmaq istəmədiyi aydın olub. 300 000 şagird isə təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşir.

UNİCEF-in Əfqanıstan Təhsil Nazirliyi, ABŞ Beynəlxalq İnkişaf Mərkəzi ilə birgə apardığı araşdırmada uşaqların məktəbə gedə bilməməsinin fərqli səbəbləri sadalanıb. Taliban və İŞİD-in apardığı savaş, xalq arasında artan yoxsulluq uşaqların məktəbə getməməsinin əsas səbəbləri kimi qeyd olunub. Həmçinin onların kiçik yaşlarından işləmək  məcburiyyətində qaldığı, qızların zorla erkən nikaha cəlb olunduğu  bildirilib.

Müharibələr səbəbindən 2018-ci ildə  100 000 insan yaşadığı yeri tərk etmək məcburiyyətindəqalıb. Təbii ki, bu da təhsil alanların sayına təsirsiz ötüşməyib. NATO-nun Əfqanıstandakı missiyasının 2014-cü ildə sona çatmasından sonra ölkədə müharibələr artıb.
UNİCEF qarşıdurmaların daha çox yaşandığı bölgələrdə məktəblərin bağlandığını və ya təhlükəli olduğu üçün valideynlərin uşaqları məktəbə qoymadıqlarını bildirib. Müharibə səbəbindən 1000 Əfqanıstan məktəbinin bağlandığı təxmin edilir. Əfqan ordusunun açıqlamalarına görə, Taliban ölkənin 14,5 %-ni nəzarətdə saxlayır. Bu bölgələrin 30%-də isə müharibələr hölkm sürür. Taliban ordusu nəzarətində olan məktəblərdən öz xeyrinə yararlanır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları