Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 18:00:00
"AzEdu.az bir çox ilklərə imza atıb, ən sonuncusu isə..." - AÇIQLAMA

Təhsillə əlaqəli bir sıra media qurumları var. Onların bir çoxunun fəaliyyəti ya qənaətbəxş deyil, ya da biz onların fəaliyyətindən xəbərsizik.

 

Adalet.az-a açıqlamasında Azedu.az-ın baş redaktoru Elmin Nuri bildirir ki, bu sahədə saytlar ya az idi, ya da ölü vəziyyətində.

 

"Təhsillə bağlı media qurumlarının çox olduğunu düşünmürəm. 2018-ci ilin əvvəlində AzEdu təhsil portalını ərsəyə gətirərkən, baş direktorumuz Elşad Eyvazlı ilə xeyli araşdırma apardıq.

 

Qarşımıza bir çox saytlar, elektron resurslar çıxdı, lakin əksəriyyəti "ölü halında”... Yalnız, bir neçəsini istisna olaraq, göstərmək mümkün idi.

 

Bəzən, AzEdu Təhsil Portalını ölkənin ilk təhsil saytı sayırlar, kökündən yanlışdır. Lakin sayı 20-yə qədər olan kollektivi bir araya gətirmək, təhsilin bütün pillə və istiqamətlərinə uyğun bölgü apararaq, əməkdaşların cavabdehlik sahələrini ayırmaq, bir çox rəsmi dövlət qurumları və universitetlərlə ortaq layihələr həyata keçirmək ilk olaraq bizim qismətimizə düşdü.

 

Təəssüf ki, indinin özündə də əksər təhsil saytları və "saytları” sanki bir bloq halında fəaliyyət göstərirlər;bu, onların həm forma, həm də məzmununda özünü göstərir. "

 

Baş redaktor qeyd edir ki, əksər saytlar ən yaxşı halda statuslardan yararlanaraq, onu da aldadıcı başlıqla təqdim edir. Həmçinin, saytlarına rəqib görmədikləri bildirir.

 

"Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və s. rəsmi qurumların informasiyalarını çıxsaq, yerdə qalan bütün materiallar başqa saytlardan götürülməlidir, yəni, özəl istehsalat sıfır. Bu tipli saytlar ən yaxşı halda hansısa təhsil eksperti, ya da "eksperti”nin sosial şəbəkədəki statusunu götürərək, aldadıcı başlıqla yayımlayırlar.

 

Təvazökarlıqdan qətiyyən kənara çıxmaq istəmirəm, amma mən hazırda AzEdu.az-a rəqib olacaq təhsil saytı görmürəm. Yox, kimsə bunun əksini deyəcəksə, onlarla müzakirəyə, polemikaya hazıram. Amma öncə onu xahiş edəcəyəm ki, bizim özəl yazıları götürərkən istinad etməyi unutmasınlar.

 

Bu, əslində heç də müsbət tendensiya deyil. Kaş, doğrudan da, yalnız bir, uzağı iki nəfərin evdəki yazı masası üzərindən işlətdiyi həvəskar sayt yox, sözün əsl mənasında böyük təhsil portalı olaydı və biz də onunla rəqabətə girib özümüzü inkişaf etdirərdik. Müsbət mahiyyətli rəqabətdən gözəl heç nə yoxdur! Bu cür rəqabət inkişafın əsas açarıdır.

 

AzEdu Təhsil Portalı AzEdu MMC-yə məxsusdur və bizim gələcəkdə qarşıya qoyduğumuz başqa işlər də olacaq. Amma hələlik onu deyə bilərik ki, AzEdu.az Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi, dünyaca məşhur BP şirkəti, Milli Məclis və s. kimi nüfuzlu təşkilat, dövlət qurumları ilə ortaq layihələr edən ilk təhsil saytıdır.

 

"İlin gənc müəllimi”, "Ucqar kənd müəllimi”, "Bizim müəllim” kimi layihələr bölgələrdəki bir çox müəllimin fəaliyyətinə güzgü tutaraq, onları ictimailəşdirdi.

 

Müəllimlər üçün nəzərdə tutulan "Kurikulum bələdçisi” metodiki vəsaiti AR Təhsil Nazirliyinin tövsiyyəsi ilə işıq üzü gördü.

 

Bu gün də AzEdu.az-ın sosial şəbəkələrdəki səhifələrinə, vatsap hesabına xeyli suallar ünvanlanır, telefon zəngləri edilir. Müraciətçilərə əlimizdən gələn yardımı etməyə hazırıq, bizi aşan məsələlər olduqda isə rəsmi qurumlarla əlaqələndiririk.

 

Həmçinin, AzEdu MMC-nin ideyası əsasında Azərbaycan Təhsil Jurnalistləri Birliyi yaradıldı ki, bu da təhsil mövzularını işıqlandıran həmkarların bir araya gəlməsi, layihələrin həyata keçirilməsi, eləcə də mövcud problemlərin ortaq müzakirəsi və bütün mediada ictimailəşdirilməsi baxımından çox vacibdir.

 

Sonda təhsil saytlarının hər birinə uğur arzulayır, bəzilərini həvəskar deyil, peşəkar, sistemli işləyəcəklərinə inanırıq.”