Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 11:43:00
Təhsil Naziri tarlada məktəblilərlə görüşdü, kitab payladı- FOTO

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Təhsil Naziri Ziya Səlcuq yay aylarında tarlada gərgin işə başlayan işçilərin övladlarını ziyarət etdi. Səlcuq uşaqlar üçün hazırlanan “Dost” (Arkadaş) kitabını da onlara hədiyyə etdi.

 

“Təbii ki, bizim də uşaqlığımız tarlada ailəmizə kömək etməklə keçdi. Bütün əyalətlərdəki uşaqlarımıza dəstək olacağıq”

 

Təhsil Nazirliyi “Təhsildə fürsət ədaləti” şüarı altında tarladakı uşaqları da unutmadı. Türkiyənin 81 bölgəsində tarlada çalışanların övladları nazirlik rəsmiləri tərəfindən ziyarət ediləcək və onlara kitablar hədiyə olunacaq. Nazir uşaqlara kitabla yanaşı vaxtlarını səmərəli keçirmələri üçün şahmat, top və digər oyuncaqlar da hədiyə etdi.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları