Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 16:29:00
Nazirlər Kabineti peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayacaq

Nazirlər Kabineti peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə dair təkliflər hazırlayacaq.

 

AzEdu.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

 

Nazirlər Kabineti peşə təhsili müəssisələrinin əldə etdiyi büdcədənkənar vəsaitdən ayırmalar da daxil olmaqla, maliyyələşdirilməsinə dair təkliflərini 3 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.(Apa.az)