Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-17 15:17:00
Məktəbdənkənar dərnək üzvləri tərəfindən ordumuza dəstək  

Təhsil Nazirliyinin təşəbbüsü ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ordumuza dəstək məqsədilə “Biz ordumuzla birlikdə güclüyük!” adlı videoçarx hazırlanıb.

 

AzEdu.az  xəbər verir ki, məqsəd şəhidlərimizin xatirəsini yad etmək, torpaqlarımızın bütövlüyü naminə hər kəsi sıx birləşməyə, həmrəy, vətənpərvər ruhda və daima bir olmağa sövq etmək, gənclərimizin ordumuzun yanında olduğunu bəyan etmək, müasir ordumuzun gücünü təbliğ etmək, həmçinin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artıraraq onlarda qəhrəmanlıq hisslərini gücləndirmək olub.

 

Hərbi-vətənpərvərlik ruhunda hazırlanmış videoçarxda Mərkəzin “Çiçəyim” uşaq teatrının istedadlı üzvlərinin müğənni Elnur Məmmədovla birgə ifasında “Azərbaycan” mahnısı səsləndirilir.