Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 11:42:00
İmtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) ilk dəfə onlayn formatda yay imtahan sessiyasına start verilib.

 

AƏSMA-dan AzEdu.az-a bildirilib ki, imtahanlarda bütün tələbələr üçün eyni şərait yaradılıb. Hər tələbəyə 0-10 balla qiymətləndiriləcək beş suallı bilet təqdim olunub.

 

Onlayn yay imtahan sessiyası iyulun 7-də yekunlaşacaq. İmtahanda hər hansı bir səbəbdən iştirak edə bilməyən, kəsiri olan tələbələr ödənişsiz formada avqust-sentyabr aylarında növbəti dəfə imtahan verə biləcəklər.

 

Xatırladaq ki, ölkəmizdə koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə martın 3-dən bütün təhsil müəssisələrində, o cümlədən AƏSMA-da ənənəvi tədris dayandırılıb. Aprelin 13-dən isə AƏSMA-da “Microsoft teams” platforması üzərindən onlayn təhsilə start verilib. Ona görə də imtahanlar onlayn formatda təşkil olunub və tələbələrə güzəştlər edilib.