Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 09:35:00
Bu gündən magistraturaya ixtisas seçimi başladı

2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisas seçimi başlayıb.

 

AzEdu.az xəbər verir ki, magistraturaya ixtisas seçimi iyunun 8-dən 18-dək internet vasitəsilə aparılacaq.

 

Müsabiqə şərtini ödəyən bakalavrlar qeyd edilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər.