Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-02 11:34:00
Polşa bu dərs ilində təhsil müəssisələrinin fəaliyyətini bərpa etməyəcək

Polşa bu dərs ilində təhsil müəssisələrinin fəaliyyətini bərpa etmək fikrindən vaz keçib.

 

AzEdu.az xəbər verir ki, polşalı tələbələr bu tədris ilində ənənəvi dərslərə qatılmayacaqlar. Bu barədə ölkənin Təhsil naziri Dariusz Piontkovsky məlumat verib. Bəzi özəl məktəblər və uşaq bağçaları işləyən valideynlərin yükünü yüngülləşdirmək üçün iyunun 26-dək fəaliyyət göstərəcək.

 

Nazirin sözlərinə görə, fəaliyyətinə icazə verilən yay düşərgələrinə də müraciət azalıb. Hər il 1,2 milyondan çox müraciət qeydə alınırdı. Bu dəfə isə yalnız 25 min istək var. (AZƏRTAC)