Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 12:55:00
İstefa verən direktoru nazir müavini qəbul edib - CƏZALANDIRILACAQLAR
Xəbər verdiyimiz kimi, Lənkəran şəhərində imtahanda yüksək bal topladıqdan sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru vəzifəsinə təyin olunan gənc müəllim Fazil Gülverdiyev Lənkəran şəhər Təhsil şöbəsinə rüşvət vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazaraq vəzifəsindən gedib. F.Gülverdiyev iddia edib ki, Lənkəran şəhər Təhsil şöbəsinin sabiq müdiri Şəhanə Əhmədovaya rüşvət verməklə məktəbdə direktor əvəzi Günay İsmayılova təyin edilib. Fazil Gülverdiyev onu da iddia edib ki, hazırda direktor əvəzi Günay İsmayılova məktəbdə bir sıra özbaşınalıqlar etməklə məşğuldur və bütün bu özbaşınalıqlara hazırda Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimov da göz yumur.
 
AzEdu.az xəbər verir ki, Fazil Gülverdiyev unikal.org-a açıqlamasında bildirib ki, bütün bu məsələlərlə bağlı təhsil nazirinin müavini Firudin Qurbanov məni qəbul etdi:
"Firudin müəllimin dünən qəbulunda oldum. O, səbirlə məni dinlədi, nöqsanların qeyd olunduğu ərizəni şəxsən ona təqdim etdim. Məktəbdə Günay İsmayılova yaratdığı özbaşınalığı əks etdirən görüntünü də, ona təqdim etdim. Bütün bu məsələlərlə bağlı tədbir görüləcəyini, qanunsuzluq edən şəxslərin cəzalandıracağına söz verdi”.