Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-14 14:13:00
Məktəblilərdən məntiqi təfəkkürün inkişafına yönəlmiş təşəbbüs

Paytaxt məktəbliləri "Evdə qal, istedadını göstərməkdən qalma!" çağırışı ilə öz bacarıqlarını daha bir fərqli üslubda nümayiş etdiriblər.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri 279 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sara Əliyevanın təşkilatçılığı ilə II sinif şagirdləri "Tapmacalar" mövzusunda maraqlı videoçarx hazırlayıblar.

 

Videoçarxda mövcud tibbi-profilaktik vəziyyətlə əlaqədar evdə təhsillərini davam etdirən məktəblilər bir-birinə tapmacalar ünvanlayıblar. Qarşılıqlı olaraq tapmacalara cavab verməyə çalışan şagirdlər həvəslə oyunda iştirak edib, maraqlı ünsiyyət mühiti yaradıblar.

 

Videoçarxın hazırlanmasının əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək, onlara özünüifadə vərdişləri aşılamaq, uşaqların mütaliə bacarıqları və məntiqi təfəkkürünün yaradıcı inkişafına təkan verməkdən ibarətdir.

 

Bu ideya digər məktəblərin də təşəbbüsə qoşulması ilə yaxşı bir ənənəyə çevrilə bilər.