Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-29 22:42:03
“Azərbaycan dili” fənni üzrə  imtahanda iştirak etməli olan abituriyentlərin nəzərinə!  

“Azərbaycan dili” fənni üzrə  imtahanda iştirak etməli olan abituriyentlər 30 may saat 10:00-dək elektron ərizələrini təsdiq etməlidirlər.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, elan olunduğu kimi ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci dəfə aparılan ərizə qəbulu iyunun 14-dək davam edəcək.

Bu müddət ərzində 29 mart – 30 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər (həm cari, həm də əvvəlki illərin məzunları) də ərizələrini doldurub təsdiq edə bilərlər. Lakin bu kateqoriyadan olan rus bölməsinin abituriyentləri, eləcə də mövcud elektron ərizəsinə əlavələr edən və bu zaman “Azərbaycan dili” imtahanı verməsi tələb olunan digər abituriyentlər 30 may saat 10:00-dək elektron ərizələrini təsdiq etməlidirlər. Qeyd olunan vaxtədək elektron ərizələrini təsdiq etməyən abituriyentlər 10 iyunda keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak edə bilməyəcək və beləliklə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq imkanlarını itirəcəklər.

 Qeyd: Elektron ərizələrini 11-30 aprel və ya 17-30 may (saat 10:00-dək) tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri  “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və məqbul qiymət aldıqları təqdirdə ikinci qəbul imtahanında iştirak edəcəklər.