Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-09 14:04:00
Zabrat qəsəbəsindəki məktəblərdə əlavə sinif otaqları tikiləcək

Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 71 nömrəli tam orta məktəb üçün əlavə 30, 307 nömrəli orta məktəb üçün isə əlavə 15 sinif otağı tikiləcək.

 

AzEdu.az xəbər verir ki bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.

 

Sərəncama əsasən, yeni sinif otaqlarının tikintisi üçün 71 nömrəli tam orta məktəb üçün 1 milyon 350 min manat, 307 nömrəli orta məktəb üçün isə 746 min 6 yüz manat nəzərdə tutulub.

 

Xatırladaq ki, Prezidentin 2020-ci il 5 may tarixli sərəncamına əsasən Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat ayrılıb.