Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 16:31:00
Son qərardan sonra qabiliyyət imtahanları   necə  keçiriləcək? - Ekspert  

 

 

Ötən gün Dövlət İmtahan Mərkəzinin  Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının birmərhələli keçiriləcəyini bildirdi.

 

Bəs imtahanların birmərhələli keçirilməsi ilə bağlı verilən qərar qabiliyyət imtahanlarına necə təsir edəcək?  

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi qabiliyyət imtahanlarında psinsipcə heç bir dəyişikliyin olmayacağını ehtimal edir:

 

“Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları əsasən V ixtisas qrupunda mərkəzləşdirilib. Bundan əlavə müvafiq olaraq III ixtisas qrupunda jurnalistika, I ixtisas qrupunda isə memarlıq ixtisasları da qabiliyyət tələb edir. Bu qruplardan yalnız V ixtisas qrupu üzrə olan ixtisaslara qəbul olmaq üçün buraxılış imtahanında əldə olunan nəticə əsasında müsabiqədə iştirak edmək hüququ ya qazanılır, ya da itirilir. Əldə olunan ən yüksək nəticə 300 baldır. Ötən il də bu imtahanlar bir dəfə keçirilmişdi. Yəni buraxılış imtahanları bir qayda olaraq yalnız bir dəfə keçirilir. Ona görə də abituriyentlər bu imtahanda daha diqqətli olmalıdırlar. Çünki nəticə əsasında istər I, II, III və IV ixtisas qruplarından birinə, istər V qrupa, istərsə də 11 illik bazadan orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq imkanı qazana bilərlər”.

 

Ekspert digər qrup üzrə  abituriyentlərə yalnız bir dəfə şans veriləcəyini, buna görə də diqqətli olmalarının vacib olduğunu vurğulayıb.

 

“Digər qruplara gəlincə isə, yəni I və III ixtisas qruplarında müvafiq olaraq memarlıq və jurnalistika ixtisası üzrə həm buraxılış, həm də blok imtahanının birgə nəticəsi nəzərə alınır. Düşünürəm ki, məhz bu istiqamətlərə gedənlər üçün bir qədər çətinlik yarana bilər.

O baxımdan ki, blok imtahanı bir dəfə olacaq və nəticələr qane etməzsə, ikinci şans olmayacaq. Ona görə də yaxşı olar ki, daha ciddi hazırlaşıb, təkrara yer ayırsınlar”.

 

“Bütün qruplar üzrə qabiliyyət imtahanı əvvəlki qaydada həyata keçiriləcək. Əldə edilən  nəticələr əsasında da müsabiqədə iştirak edib-etməyəcəklərinə aydınlıq gələcək. Əgər məqbul olarsa iştirak edəcəklər, qeyri-məqbul olarsa xeyr”-deyə təhsil eksperti E. Əfəndi sözlərinə əlavə edib.