Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 12:48:00
Fənn olimpiadalarının final mərhələsi belə keçiriləcək

"Fənn olimpiadalarının final mərhələsi iyun ayının birinci yarısında müxtəlif təhsil bazasında heç bir sıxlıq yaratmadan təşkil olunacaq".

Azedu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqdə deyib.

O, 589 şagirdin final mərhələsində iştirak hüququ qazandığını da qeyd edib.

“Məlum olduğu kimi ölkənin təhsil həyatında vacib mərhələ kimi keçirilən fənn olimpiadaları müsabiqəsinin ilkin birinci və ikinci kütləvi mərhələsi yanvar və fevral aylarında keçirilib. Birinci mərhələdə 33 mindən artıq , ikinci mərhələdə isə 5 minə yaxın şagird iştirak edib. Üçüncü final mərhələsi mart ayının sonunda keçirilməsi nəzərdə tutulmuşdu.lakin məlum hadisələrə görə bu təxirə salınıb. Final mərhələsində müxtəlif yaş qruplarından 8 fənn üzrə 589 şagird iştirak etmək hüququ qazanıb. İyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur”.