Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 12:21:00
"2" qiyməti alan şagirdlər nəticəsini düzəldə bilərlər?-Nazir cavabladı

“Şagirdlərin illik qiymətləri birinci yarımildə keçirilən summativlərin nəticələrinə əsasən hesablanacaq".

 

AzEdu.az xəbər verir ki,bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqdə deyib. O qeyd edib ki, şagirdlər təkrar qiymətləndirmədə iştirak edib qiymətlərini yaxşılaşdıra bilərlər.

 

“Şagirdlər öz qiymətindən narazıdısa, yaxud hansısa fəndən iki qiymət alıbsa, yeni tədris ilinin əvvəli onlar qiymətini düzəldə bilər. Məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak edib, öz qiymətini yaxşılaşdıra bilərlər”.

 

Qeyd edək ki, ikinci rüb üçün summative qiymətləndirilmə keçirilməyəcək.