Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 11:15:00
Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəb üçün yeni korpuslar tikiləcək

Sabunçu rayonunun Ramana qəsəbəsindəki 90 nömrəli məktəbin əsas korpusu və idman zalı əsaslı təmir ediləcək.

 

AzEdu.az xəbər verir ki bu, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında öz əksini tapıb.

 

Sərəncama əsasən 90 nömrəli məktəbin iki korpusunun sökülməsi və 960 şagird yerlik korpusların tikintisi də nəzərdə tutulur.

 

Xatırladaq ki, Sərəncama əsasən, Bakıda və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə əlaqədar 20 milyon manat ayrılıb. Bu vəsaitin 2 milyon 310 min manatı Sabunçu rayonunun Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbdə təmir və tikinti işlərinin aparılması üçün nəzərdə tutulur.