Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-08 12:00:00
 Şagirdlərin onlayn qiymətləndirilməsi nə zaman aparılacaq?-RƏSMİ

Gələn ay hər yaş qrupuna aid, seçmə yolla müəyyən edilən şagirdlər arasında ölçmələr aparılacaq.

 

AzEdu.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

 

Nazirin sözlərinə görə, teledərslər vasitəsilə şagirdlərə ümumi məzmun çatdırılıb:

İyun ayından etibarən 3 mindən 6 minə qədər şagird arasnda onlayn qimyətləndirmə aparılavcaq.   Hər yaş qrupuna aid olan, seçmə şagirdlər arasında ölçmələr aparılacaq. Bu mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə aparılır.  Bunun əsasında proqramın mənimsəmə faizini daha dəqiq müəyyənləşdirəcəyik. Eyni zamanda, şagird və valideynlərə əlavə dəstək mexanizmləri təqdim edəcəyik. Bizim məqsədimiz yeni tədris ilində şagirdlərimiz hazır şəkildə başlayasınlar"