Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-03 13:05:00
Təhsil Nazirliyi vacib sualları hər kəsin iştirakı ilə müzakirə edəcək

Təhsil dünyası üçün COVID-19 pandemiyasının nəticələri hansılardır? Pandemiya təhsilin hamı üçün əlçatanlığına necə təsir edir? Distant öyrənmənin müsbət və mənfi tərəfləri nələrdir?

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyi bu kimi sualları xarici təşkilatların nümayəndələrinin iştirakı ilə müzakirə edəcək.

Məlumatda bildirilir ki, pandemiya dövründə hər kəs, xüsusilə, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələrini bu və digər sualları hazırda yaşanan problemlərin həlli üçün Təhsil Nazirliyi tərəfindən görülən tədbirlər kontekstində araşdırmağa və müzakirə etməyə dəvət olunur..

Qeyd edək ki, canlı görüş 5 may 17:00 tarixində  Təhsil Nazirliyinin rəsmi  "Facebook" səhifəsində baş tutacaq.