Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-29 16:31:00
“Abituriyent” jurnalının redaksiyası  20 min manat ianə etdi

Dövlət İmtahan Mərkəzinin mətbu orqanı olan “Abituriyent” jurnalının redaksiyası COVID 19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzin məlumat verilib. Qeyd olunub ki, məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.