Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 09:11:00
“Teledərslər tədris tələbatını ödəyə biləcək” – Nazirliyin şura sədri

 

 

Koronavirus təhlükəsinə qarşı təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması tədris proqramının konpensasiyası ilə əlaqədər bəzi suallar ortaya çıxardı.

 

Şagirdlərin tətil müddətində dərslərdən geri qalmaması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən teledərslərə start verildi. Bu səbəblə  həftənin 5 günü “Mədəniyyət” kanalında  “Dərs vaxtı” adı ilə saat 10-dan 16-dək davam edəcək. Xatırladaq ki,  dərslər bütün sinifləri əhatə edəcək və   proqram çərçivəsindəki bütün mövzulara dair qısa izahlar təqdim olunacaq.

 

Bəs bu dərs metodu tədris proqramına  öz effektivliyini  nə dərəcədə göstərəcək? 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov AzEdu.az-a açıqlamasında  bu metodun  bəzi özəllik və vacibatından danışıb:

 

“Etiraf edək ki, bu dərs metodu orta  məktəblərdə keçirilən dərslər qədər effektiv ola bilməz. Ancaq bu metoddan istifadə edilməyəcəyi təqdirdə də şagirdlərin tədris proqramlarının konpensasiya məsələsi mümkün olmaya və ya nisbətən çətinlik yarada bilər. Bu səbəblə teledərslərin yayımı hazırda zəruri hesab edilir. Yayım vasitəsi ilə tədris proqramının konpensasiyası ilə bağlı  yaranan təlabatın tam olmasa da, müəyyən qədər ödəniləcəyi nəzərdə tutulub”.