Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-16 14:30:00
Sabirabadda 14 yaşlı məktəblini maşın vurub

Sabirabadda 14 yaşlı məktəblinin avtomobil vurub.

AzEdu.az apa-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədov Elman Rəşad oğlunu məktəbin qarşısında “Prado” markalı avtomobil vurub. Ağır kəllə-beyin travması və bud sümüyünün açıq sınığı xəsarəti alan məktəbli Sabirabad rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.