Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-24 11:17:00
Məşhur alim yenidən bu dairədən deputatlığa namizəd oldu

Millət vəkili, tarixçi alim, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı yenidən namizədliyini irəli sürüb.

AzEdu.az xəbər verir ki, 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat olan görkəmli alim seçicilərinin çoxsaylı müraciətini nəzərə alaraq yenidən bu dairədən namizədliyini verib.

Məşhur alim namizədliyi ilə bağlı bunları qeyd edib

"Ya Allah! Əziz dostlar! Seçicilərimin çoxsaylı müraciətini nəzərə alaraq yola davam etmək üçün 72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyimi bu gözəl gündə - dekabrın 24-də (Bu gün Prezident İlham Əliyevin doğum günüdür) irəli sürürəm. Bütün iddiaçılara hörmət və ehtiramımı bildirirəm. Millətimizə və dövlətimizə xeyirli- uğurlu olsun! İnşaallah!"