Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 11:02:00
Bu ölkədə abituriyent intiharı tez-tez təkrarlanır - SƏBƏB

Cənubi Koreyada buraxılış imtahanları yoxdur, orta təhsil isə hamı üçün zəmanət rolunu oynayır və demək olar ki, hər kəsə diplom verilir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Cənubi Koreyada təhsil demək olar ki, həyatın tələbi olduğuna görə abituriyentlərin çoxu ali məktəblərə daxil olmaq niyyətində olur və vahid dövlət imtahanı tipli imtahanlarda əksəriyyət iştirak edir.

Dövlət özü buna böyük diqqətlə yanaşır. Məsələn, imtahanlar zamanı abituriyentlərin diqqətinin yayınmaması üçün təyyarələrin yerə enişi qadağandır və səhər, həmçinin günorta vaxtı bütün uçuşlar yarım saat təxirə salınır, bütün ölkə üzrə tikinti işləri dayandırılır. İmtahanların özünə gəldikdə isə əsas dörd fənn üzrə keçirilir:

koreya dili, ingilis dili, tarix və riyaziyyat, habelə üç müxtəlif seçmə fənn. İmtahanlarda yalnız kənardan dəvət olunmuş müəllimlər iştirak edir və paketlərdə olan suallar bütün ölkə üzrə eyni vaxtda açılır. Abituriyent özü ilə yalnız şəxsiyyət vəsiqəsi, qələm, karandaş və pozan götürə bilər. Nə planşet, nə də telefonla imtahan zalına keçmək olar.

Ölkənin müxtəlif bölgələrində imtahanlardan uğurlu nəticə qazana bilməyən məzunların intihar etməsi halları dəfələrlə qeydə alınıb. Bu, abituriyentlərin təhsilə son dərəcə ciddi münasibətini göstərir, çünki burada təhsil həqiqətən də gələcəyə aparan yoldur.