Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-22 09:17:00
Rusiyada qeyri-adi qəbul imtahan forması- Təəccüblənəcəksiniz 

Rusiyalı abituriyentlər qəbul imtahanından minimal bal toplayanda yenidən imtahan verə bilərlər.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, 2009-cu ildən bəri Rusiyada biliklərin qiymələndirilməsinin əsas forması olan Vahid Dövlət İmtahanı (VDİ) yeganə bir metoddan istifadə edilməklə qiymətləndirmə aparır. Lakin 2015-ci ildən bəzi dəyişikliklər olunub. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:

VDİ-ni hətta minimal bal toplayan da yenidən verə bilər.

VDİ-ni apreldən iyunadək vermək olar, yəni erkən və əsas imtahan olmaq şərti ilə keçirilir.

VDİ-ni iyuldan sonra vermək mümkün olmur.

2015-ci ilin məzunları VDİ-ni vermək üçün esse yazmalıdırlar.

Rusiyada keçirilmiş sorğulara əsasən məlum olub ki, yeni dəyişikliklərə münasibət mənfidir. Çünki bu sistem əslində abituriyentin biliklərini obyektiv qiymətləndirməyə imkan vermir. Bir çox hallarda ali məktəblərə qəbul məsələsi digər yollarla həll olunur.

Məlumata əsasən, VDİ-nin keçirilməsi zamanı bəzi hallarda nəticələrin dəyişdirilməsi müşahidə olunub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları