Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-21 12:23:00
Müəllimlərin cavablandırmalı olduğu 25 vacib sual - CƏDVƏL

Müəllimin peşəkarlığı pedaqoji prosesdə öz fəaliyyətini həvəslə yerinə yetirə bilməsi və bu prosesə məsuliyyətlə yanaşmasıdır.

Peşəkar müəllim yiyələndiyi peşənin bütün incəliklərini dərindən bilməli, həll edəcəyi problemi elmi şəkildə, optimal metodlarla reallaşdırmalıdır. Peşəkarlığı davamlı qoruyub saxlamağın və təkmilləşdirməyin bir metodu da müəllimin dərsdən sonra öz fəaliyyətini obyektiv şəkildə qiymətləndirməsidir.

AzEdu.az müəllimin dərsdən sonra özünüqiymətləndirmə cədvəlini təqdim edir:

Qeyd edək ki, cədvəl Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən hazırlanıb və cədvəldə müəllimin özünü qiymətləndirməsi üçün 25 sual təqdim olunub. Müəllim 25 sualı müvafiq olaraq “hə”, “qismən”, “yox” variantlarından birini seçməklə cavablandırmalıdır.

Dərsdən sonra bu cədvəl əsasında müəllimin özünü qiymətləndirməsi sonrakı dərslərində daha uğurlu və peşəkar davranmağına kömək edəcək.