Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-20 15:16:00
Bu şəxslər test üsulunu qəbul etmir

Respondentlərin 90%-dən çoxu test üsulunu qəbul edir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Sorğunun nəticələri sübut edir ki, respondentlərin əksəriyyəti test üsulunun qalması, lakin onun təkmilləşdirilməsinin tərəfdarıdırlar. Test üsuluna inam səviyyəsinin yüksək olmasına, heç şübhəsiz, sovet dövründə qəbul prosesində mövcud olmuş bürokratik əngəllər və test üsulu ilə qəbul prosesində insan faktorunun minimum səviyyədə olması təsir edir. Test üsulu ilə qəbul cəmiyyətin bütün üzvləri üçün ali məktəblərə qəbulu əlçatan edib. Bu səbəbdəndir ki, respondentlərin 86%-i test üsulunu qəbul edir, 7%-i qismən qəbul edir, qalan 7%-i isə qəbul etmir.

Təhlillərə əsasən, abituriyentin Azərbaycanın təhsil sistemi üçün yeni modelin faydalılıq səviyyəsinə münasibəti onun ənənəvi test üsuluna inam səviyyəsindən heç bir formada təsirlənmir.

Valideyn və müəllim respondentlər arasında da test üsuluna inam səviyyəsi abituriyentlərə nisbətən aşağı olsa da, ümumilikdə yüksəkdir. Belə ki, respon- dentlərin 60%-i test üsulunu qəbul edir, 28%-i qis- mən qəbul edir, 12%-i qəbul etmir.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında “Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabat dərc edilib.