Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 10:45:20
“Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib- FOTO

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib. 

Gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək məqsədi daşıyan bilik yarışındaYAP Gəncə şəhər təşkilatının əməkdaşları, şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin kollektivləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

AzEdu.az xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının şöbə müdirləri Hüseyn Budaqov, İsmayıl İsmayılov,YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov və digərləri çıxış edərək müsabiqənin iştirakçılarına müvəffəqiyyətlər arzulayıb, gənclərimizin həmişə Ulu öndər Heydər Əliyev irsinə və dövlətçilik ənənələrinə sadiq qalacaqlarına əminliklərini bildiriblər. 

Bilik yarışına start verilib. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiyan Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kollec və Gəncə Tibb Kolleci tələbələrindən ibarət 6 komanda A və B qrupunda mübarizəyə qoşulub. İştirakçılara hər sualı cavablandırmaq üçün 1 dəqiqə vaxt verilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair suallar səsləndirilib. Suallara dəqiq və tez cavab verən komanda qalib adına layiq görülüb. 

Yarışda Azərbaycan Dövlət Aqrar Universitetinin komandası I yerə, Gəncə Dövlət Regional Kollecinin komandası isə IIyerə sahib olub.

Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə təşkil etdiyi silsilə tədbirlər davam edir.