Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 09:27:23
ABŞ-da məktəb avtobusu qəzaya uğradı - Şagirdlər xəstəxanada

ABŞ-da Fulton dairəsində məktəbli avtobusunun yük maşını ilə toqquşması nəticəsində bir neçə şagird xəsarət alıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, sürücü və bir neçə şagird xəstəxanaya yerləşdirilib.

Sürücünün vəziyyəti ağır, şagirdlərin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.