Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-01 17:05:46
XI siniflərin nəzərinə - Həyatınızı dəyişdirə biləcək imtahan sabah keçiriləcək  

Sabah XI sinif şagirdləri üçün FLEX imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, FLEX imtahanı sabah 9:00-da Azərbaycan Dillər Universitetində(Rəşid Behbudov küç., 134) keçiriləcək.

İmtahan binasına gələrkən doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqənizi, 2 ədəd 3x4 şəklinizi və qara qələm gətirməyi unutmayın.

Qeyd edək ki, FLEX   yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan  ilk uzunmüddətli ABŞ-da təhsil proqramıdır. Bu proqram keçmiş Sovet İttifaqı ölkələrində yaşayanlara  Amerika xalqının  dostluq əlini uzatmaq məqsədi ilə Konqres tərəfindən təsdiq edilib. FLEX yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla, ilk genişmiqyaslı mübadilə proqramı kimi yaradılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları