Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 17:05:00
BP və İİTKM elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirib  

 

Qabaqcıl proqram təminatı vasitəsilə elektron infrastrukturun modernləşdirilməsinə dəstək

Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə

 

AzEdu.az xəbər verir ki, bu gün BP və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2018-ci ilin oktyabr ayında başlayan“İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsi” layihəsinin başa çatdırılmasını qeyd edib.

Layihə qabaqcıl proqram təminatının hazırlanması vasitəsilə İİTKM-nin elektron monitorinq və qiymətləndirmə infrastrukturunun modernləşdirilməsinə dəstək olub. Yeni proqram təminatı Azərbaycanda sosial və iqtisadi inkişaf üçün Strateji Yol Xəritələri çərçivəsində hökumət tərəfindən həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi üçün istifadə ediləcək. Bu proqram təminatı İİTKM-nin 50-yə yaxın dövlət orqanından, o cümlədən nazirlik, agentlik və komitələrdən müntəzəm olaraq aldığı iqtisadi məlumatları effektiv şəkildə emal etməsinə yardım edəcək.

Layihə 15 oktyabr 2018-ci il tarixində BP və İİTKM arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasından sonra başlayıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı layihənin sona sona çatması münasibətilə deyib: “Mərkəz strateji yol xəritələrində nəzərdə tutulan fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini, həmçinin öz səlahiyyətləri çərçivəsində dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini həyata keçirir. İslahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının Prezident İlham Əliyevin ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi vasitəsilə aparılması sahəsindəki tapşırıqlarının nəticəsidir. Yeni portalın yaradılması Mərkəzin monitorinq institutu kimi qiymətləndirmə, nəzarət, koordinasiya və kommunikasiya imkanlarını artırmaqla bərabər ölkədəki islahat proseslərinin də icrası proseslərinə müsbət təsir göstərəcək.”

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İİTKM ilə birgə biz Mərkəzin elektron monitorinq və qiymətləndirmə infrastrukturunu modernləşdirmək layihəsini artıq başa çatdırdıq. BP həmişə ölkədə iqtisadiyyatın diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz Azərbaycanın davamlı iqtisadi inkişafına töhfə verəcəyini hesab etdiymiz bu layihəni dəstəkləməkdən qürur duyuruq.”

Yeni layihənin ümumi dəyəri 204 000 AZN-dir.