Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-25 09:44:00
Xüsusi qayğıya ehtiyacı olanların təhsilinə ayrılan vəsait – 2020-ci ilin xərcləri

Dövlət büdcəsindən təhsil xərcləri üçün ayrılan vəsaitin 0,2 milyon manatı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə bağlı xərclərə yönləndiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə 2020-ci il dövlət büdcəsinin zərfində bildirilib.

Əqli və fiziki cəhətdən qüsurlu, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, onların təhsil aldığı xüsusi təhsil müəssisələrinin inkişafı Azərbaycan Respublikası Prezidentinin diqqət mərkəzindədir.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları