Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-05 15:41:00
Direktor namizədlərə çox verilən sual - Əvəzləyici müəllimlərin hüquqları

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı əmək qanunvericiliyi ilə bağlı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Əvəzçilik üzrə əmək müqaviləsi necə bağlanır?

Cavab:

AzEdu.az xəbər verir ki, müəllim iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də çalışa bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan məktəb işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

İş vaxtından sonra əvəzçilik üzrə əlavə məktəbdə işləməyə əsas iş yerinin direktorunun razılığı tələb edilmir. İş vaxtı  əvəzçilik üzrə işləməyə is işəgötürənin razılığı ilə yol verilir.

Müəyyən səbəbdən iş yerində olmayan müəllimin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan müəllimi əvəz edən kadra, əvəz etdiyi həmkarının vəzifə maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəz edilən işçinin vəzifə maaşı həmkarının aldığı əməkhaqqı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilir.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları