Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-01 12:35:00
Sağlamlıq imkanları məhdud şagirdlər üçün gündəlik dərs miqdarı nə qədər olmalıdır? - Evdə təhsil  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

AzEdu.az növbəti günlərdə müsahibədə iştirak edəcək namizədlərə kömək məqsədilə proses zamanı verilə biləcək suallara cavabı təqdim edir.

Sual:

Sağlamlıq imkanları məhdud, evdə təhsil alan şagirdlər üçün gündəlik dərslərin miqdarı nə qədər olmalıdır? Ümumiyyətlə hansı şagirdlər evdə təhsil ala bilərlər?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə məsələlər Evdə təhsilin təşkili qaydaları ilə nizamlanır. Qaydalara görə, gündəlik dərslərin miqdarı I pillədə 2, II və III pillədə isə 3 saatdan çox ola bilməz

Ümumiyyətlə, şagirdin evdə təhsil almaq hüququqnun olub olmamasına təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji komissiya qərara verir. Heç də bütün fiziki məhdudiyyətli şagirdlər evdə təhsil ala bilməzlər.

Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər isə təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, internat tipli xüsusi təhsil müəssisələrində, o cümlədən ümumi tipli internat məktəblərinin xüsusi təhsil bölmələrində tam dövlət təminatlı oxuya bilərlər:

-Eşitmə məhdudiyyətlilər;

-Görmə məhdudiyyətlilər;

-Ağır nitq qüsurları olanlar;

-Dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;

-Əqli cəhətdən geri qalanlar (debillər, imbisillər);

-Emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;

-Psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları